Dil Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mətbuat Şurası Dil Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib.
Reyting.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid qurumun Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.
Onun sözlərinə görə, ötən iclasda komissiyanın tərkibi formalaşsa da, daha bir neçə üzv Komissiyaya daxil edilib:
"Prezident İlham Əliyev AMEA-nın 80-illik yığıncağında Azərbaycan dili barədə önəmli fikirlər səsləndirdi. Dil daşıyıcıları olaraq bu mesajlar bizim üçün də önəmlidir. Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb.
Komissiyanın tərkibinin ilkin siyahısından sonra tərkib yenidən genişləndirilib. Belə ki, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı komissiyanın sədri, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli isə sədrin müavini olub. Komissiyanın katibliyinə Nadir Yalçın seçilib.
Həmçinin teleaparıcı Nərgiz Xəlilova, Vüsalə Məmmədova və Rasim Heydərov komissiyanın tərkibinə daxil edilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Yanvar 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















