Icma.az
close
up
RU
Dil qaydalarının pozulduğu televiziyalar cərimələnir? RƏSMİ CAVAB

Dil qaydalarının pozulduğu televiziyalar cərimələnir? RƏSMİ CAVAB

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən ay Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dilindən istifadə zamanı yol verilən nöqsanları vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, dilimizin tamlığı digər ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən itirilir. Lüzum olmadan başqa dildən kəlmələr işlətmək ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.

İctimaiyyətin müxtəlif təbəqələrinə dilin qorunması və düzgün istifadəsi ilə bağlı fikir ünvanlayan Prezident İlham Əliyev bu isiqamətdə medianın da rolunu vurğulayıb.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Audiovizual Şuraya Azərbaycan dilinin qaydalarına televiziyalarda düzgün riayət olunması, televiziya əməkdaşlarının bu istiqamətdə hazırlıq səviyyəsi, şuranın vaxtaşırı keçirtdiyi monitorinqlər və nəticələri ilə bağlı sorğu ünvanlayıb.

Sorğuya cavabda bildirilib ki, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən düzgün istifadə qaydası Audiovizual Şura üçün əsas prioritet istiqamətlərdən biridir. Azərbaycan ədəbi dilinin  düzgün tətbiq olunması, dilin norma və tələblərinə riayət olunması ilə bağlı yayımçılarla maarifləndirici görüşlər keçirilir, onlara zəruri tövsiyələr verilir. 

"Dil normalarının tələblərinə əməl olunması istiqamətində Audiovizual Şura tərəfindən vaxtaşırı olaraq monitorinqlər həyata keçirilir. Aparılmış monitorinqlər nəticəsində aşkarlanmış pozuntu halları ilə bağlı yayımçılara müvafiq xəbərdarlıq və bildirişlər təqdim olunur", - açıqlamada bildirilib.

Qeyd olunub ki. Azərbaycan dövlət dilinin normalarının audiovizual mediada  pozulması ilə əlaqədar xüsusi bir sanksiya nəzərdə tutulmayıb:

"Lakin “Dövlət dili haqqında” Qanunun 6-cı maddəsində mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio  kanallarının aparıcılarının dövlət dilini mükəmməl bilməsi və səlis danışıq qabiliyyətinə malik  olması tələbi təsbit edilib. Səlahiyyətləri çərçivəsində Audiovizual Şura bu tələbə riayət olunması istiqamətində zəruri fəaliyyət həyata keçirir".

Cavid Zahidoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri