Dilarə Əliyeva: Yazırlar ki, arıqlayandan səsi danışığı da dəyişib
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əməkdar artist Dilarə Əliyeva son açıqlaması ilə diqqət çəkib. Sənətçi görünüşü və səsində dəyişiklik olduğunu iddia edən izləyicilərin fikirlərinə münasibət bildirib.
Milli.Az-ın məlumatına görə, aktrisa qeyd edib ki, sosial şəbəkələrdə ona ünvanlanan şərhlərdə arıqladıqdan sonra təkcə çəkisinin deyil, səsinin, diksiyasının və danışıq tərzinin də dəyişdiyi yazılır.
O, bu fikirlərə sakit yanaşdığını vurğulayaraq bildirib ki, hər kəs hadisələrə öz baxış bucağından qiymət verir. O, əsas diqqətini işinə yönəltdiyini və bu cür rəylərin fəaliyyətinə təsir etmədiyini deyib.
Sənətçi əlavə edib ki, tamaşaçıların hər bir fikrinə hörmətlə yanaşır. Onun sözlərinə görə, kim söylədiklərindən nəticə çıxarmaq və nəsə öyrənmək istəyirsə, bu artıq hər kəsin öz seçimidir.
Dilarə Əliyevanın bu açıqlaması sosial şəbəkələrdə izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:149
Bu xəbər 07 İyul 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















