Dilarə Əliyevadan həyat yoldaşı ilə bağlı təsirli paylaşım: Səni unuda bilmərəm
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Əməkdar artist Dilarə Əliyeva təsirli paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə mərhum həyat yoldaşı, Əməkdar incəsənət xadimi Oqtay Əliyevin fotosunu paylaşaraq onun ad günü olduğunu vurğulayıb.
Aktrisa onu heç vaxt unutmayacağını açıqlayıb:
"Bu gün sənin doğum günündür… Sən bu dünyadan köçmüsən, amma hər gün, hər an bizimlə yaşayırsan. Vaxt keçir, illər ötür, amma yoxluğun heç vaxt vərdiş etdiyimiz bir şey olmur. Sənin səsin, baxışların, zarafatların, hamısı yaddaşımda canlıdır. Bəzən bir mahnı, bir səssizlik, bir qoxu sanki səni yenidən yanıma gətirir. Sənin varlığın həyatımın ən dəyərli parçalarından biri idi – indi isə xatirələrinlə nəfəs alıram. Qəlbimdə daim bir yerin var və orada həmişə gülümsəyirsən. Ad günün mübarək, Oqtay. Ruhun şad olsun. Bil ki, səni unutmuram. Unuda bilmərəm".
Xatırladaq ki, Oqtay Əliyev 2023-cü ilin martında yolda avtomobil idarə edərkən qəzaya düşüb və vəfat edib. Hadisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutması nəticəsində idarəetməni itirməsi olub.
Baxış sayı:104
Bu xəbər 19 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















