Icma.az
close
up
RU
Dilbərim mahnısı kimə məxsusdur ?

Dilbərim mahnısı kimə məxsusdur ?

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Şuşada keçirilən Xarı Bülbül festivalında müğənni Tunarın ifasında səslənən “Dilbərim” mahnısı erməni teleqram kanallarında və sosial şəbəkələrində müzakirə edilib və onlar 

iddia edirlər ki, bu mahnı kürdlərə aiddir. Bu sözləri  İnterval.Az-a açıqlamasında   Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə
Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib.  İlk öncə qeyd edim ki, Azərbaycan xalqları içərisində kürdlərin oynadığı rol danılmazdır. Azərbaycan Cümhuriyyəti dövründə, Birinci Qarabağ müharibəsində və 44 günlük Zəfər müharibəsində kürd xalqı dövlətimizin qorunması və güclənməsi üçün böyük rol oynayıblar. Kürd xalqı bizim canımızdır. Qardaşımızdır və bizim nəinki qonşuluq, qohumluq əlaqələrimiz də var. Kürd mahnıları xalqımızın folklorunda özünəməxsus yer tutur.   Amma bu həqiqəti danmaq üçün bizə əsas da vermir. İllərdir Azərbaycan xalq mahnısı kimi təqdim edilən Dilbərim 1930-cu ildə Qarabağlı xanəndə Xan Şuşinski tərəfindən bəstələnib. Mahnının əsl adı belədir ” Dilbərim və ya bağda sarmaşıq” Söz və musiqi ona məxsusdur. Bu mahnı Xan əmi tərəfindən dahi Üzeyir bəy Hacıbəylinin qarşısında ilk dəfə ifa olunub və musiqisində Bəy tərərfindən qismən dəyişiklik edilib. Bu mahnının kürdcə qələmə verilmə səbəbi Azərbaycan müstəqillik əldə edilməsindən sonra Türkiyəli müğənni Ceylan tərəfindən anonim kimi ifa edilib və bir müddət Türkiyədə belə qəbul olunub..sonra İbrahim Tatlısəs bu mahnını öz repertuarına daxil edib. Hələ bu azmış kimi kürd əsilli Türkiyə müğənnisi mahnıya “Rinda min” adını verib.

Həqiqət nədir: Bayatıların əsasında əldə olunan mahnının mətni leksikondan çıxarılan sözlərlə eyni olduğu üçün zamanla müasirləşdirilib və yeni sözlər əlavə edilib. Xan Şuşinski bu mahnını 1930-cu ildə bəstələyib və qramafon diskinə yazdırıb. Qısa desək Xan Şuşinskinin ifasında sözügedən mahnı qramafon valına yazlan zaman İbrahim Tatlısəs dünyaya gəlməmişdi. 1940-1950- cı illərdə mahnı o qədər populyar olub ki, müxtəlif müğənnilər bunu ifa edib. Bu mahnının yaranmasının da səbəbi çox qəribə olub. Dilbər adlı gənc qız Füzuliyə 

Şuşadan gəlibmiş. Onu burada görüb sevən bir gənc    Xan Əminin Füzulidə toy zamanı görür və xahiş edir ki, sevdiyi qıza mahnı yazsın. Xan əmi də buna deyir ki, bu qızın nişanələrini mənə təsvir edə bilərsənmi? O da deyir ki, qaraqaş, qaragöz bir qızdır. Xan əmi də onun sözünü yerə salmır, bayatılar əsasında mahnının sözlərini də, musiqisini də yazır.
Bu gün mahnıda olan “Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz,
Bağda quzu mələsə,
Bil ki, o mənəm sənsiz.” sözləri də sonradan təhrif edilib. Mahnının ilk orijinalında da belə sözlər olmayıb. Çünki Xan əmi elə sənətkar idi ki, o sözləri belə mənasız ifadələrlə işlətməz idi, buna görə də xalq mahnıları şifahi folklor nümunəsi kimi dildən-dilə keçərək təhriflərə məruz qalıb.   
Bu mahnının son olaraq qeyd edim ki, kürdlər, farslar, Özbəklər ifa eləsələr də bunun əsl sahibi Azərbaycan türkləridir və onun da müəllifi Xan Şuşinskidir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:393
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri