Icma.az
close
up
RU
Dilçi alim: “Əgər ölkə başçısı dilimizin qorunması ilə bağlı bir çağırış edibsə…”

Dilçi alim: “Əgər ölkə başçısı dilimizin qorunması ilə bağlı bir çağırış edibsə…”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan dilinin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilib. 

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Prezident İlham Əliyev bu barədə bir sıra məsələlərə toxunub:

“On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb.  Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. 

Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur”. 

Prezident bildirib ki, dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik:

“Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. 

Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir". 

Ölkə başçısı bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır: 

“Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. 

Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. 

Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm". 

Ölkə başçısının Azərbaycan dilinin qorunması istiqamətində fikirləri ziyalılar tərəfindən də müsbət qiymətləndirilir. Filologiya elmləri doktoru, dilçi alim Elçin İbrahimov “Cebheinfo.az”-a bildirib ki, ölkə başçısı da qeyd etdiyi kimi, Azərbaycanda dilimizin qorunması istiqamətində bir sıra sərəncamlar da olub: 

““Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin Fərmanını buna misal göstərmək olar.

Ümumiyyətlə, dillə bağlı dövlətin hər zaman siyasəti olub. Dilin saflığının qorunması dövlətin prioritet istiqamətlərindən biridir. Bir müddət öncə belə bir məlumat yayılmışdı ki, əcnəbi, alınma sözləri istifadə edənlər cərimələnəcəklər. Bu, cəmiyyətdə ciddi bir rezonans yaratdı. Bunun necə tənzimlənəcəyi, Azərbaycan dilinin qaydalarını pozanları kimin və necə cərimələcəyi rezonans yaratmışdı. 

Bu şəkildə tənzimləmələrlə dili qorumaq olmaz. Dilin tənzimlənməsi üçün gərək vətəndaşın özünün fərdi məsuliyyəti olsun. Əgər bu gün Azərbaycan dilinin qaydaları varsa, o qaydalar çərçivəsində danışmalıyıq. Biz gərək dilimizi ciddi şəkildə qoruyaq. Əgər ölkə başçısı bu gün dilimizin qorunması ilə bağlı bir çağırış edibsə, elm adamları da buna dəstək verməlidir, biz buna diqqətlə yanaşmalıyıq”. 

Həmsöhbətimiz bildirib ki, dövlət öz üzərinə düşəni edir:

“Bu gün elm adamları, alimlər, universitet müəllimlərinin üzərinə çox iş düşür. Dilin qorunmasına orta məktəbdən başlamalıyıq, Azərbaycan dilində səlis danışmaq, qaydalardan düzgün istifadə etmək lazımdır. 

Mənim şəxsi yanaşmam da var ki, dildən daha çox istifadə etmək üçün mütaliəni də inkişaf etdirmək lazımdır. Çox sayda Azərbaycan dilli klassiklərin əsərlərini, ümumiyyətlə, kitabları çox oxumalıyıq. 

Dilimiz yalnız düzgün danışmaqdan ibarət deyil, onun düzgün yazılma tərəfləri, orfoepiya, orfoqrafiyası, qrammatik normaları da var. Bunlara da tabe olmalıyıq. Cəmiyyətin hər bir təbəqəsinin burada bir öhdəliyi var. Amma elm adamları, xüsusilə də orta məktəb müəllimlərinin daha çox öhdəliyi var. 

Çünki ilk yazını, ilk sözləri məktəbdə öyrənirik. Hamı ali təhsil almır, ancaq dildən hamı istifadə edir. Ona görə də mətbuat orqanları, sosial şəbəkələr, televiziyada çalışan jurnalistlərimizin çıxışları mükəmməl olmalıdır. 

Çünki ucqar dağ kəndində yaşayan insanlarımız belə, televiziyanın qarşısında əyləşir, orada alınma, loru sözlər, bayağı ifadələrdən çox istifadə olunmamalıdır. Azərbaycan ədəbi dilinin qaydalarını səlis bilən, onu düzgün istifadə edən insanlar efirdə çıxış etməlidirlər ki, bu çıxışlar ona qulaq asanların nitqinin formalaşmasına təsir etsin”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Dilçi alim ölkə başçısı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri