Icma.az
close
up
RU
Dilçilik İnstitutunun gənc alimləri mükafatlandırılıb

Dilçilik İnstitutunun gənc alimləri mükafatlandırılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 fevral, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli 2 Fevralın Azərbaycan Gəncləri Günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərə göstərdiyi diqqət və qayğı ilə onların inkişafına mühüm töhfələr verib, Azərbaycanın gələcəyini formalaşdıran gənclər siyasətinin əsasını qoyub.

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə isə bildirib ki, bu əlamətdar günün qeyd edilməsi Azərbaycanın gənclər siyasətindəki dönüş nöqtələrindən biridir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 1-də imzalanan Sərəncam gənclərin təhsilinə, elmin inkişafına və sosial aktivliyinə göstərilən dövlət dəstəyinin ən bariz nümunəsidir. Azərbaycan Milli Elmlər Akademiyası da ölkənin gənclər siyasətində mühüm rol oynayır və bu sahədə bir çox təşəbbüslər həyata keçirir. AMEA-nın gənclərlə bağlı siyasəti elmi inkişafı və intellektual potensialı artırmaq, eyni zamanda, gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi üzərində cəmlənir.

Professor Sayalı Sadıqova çıxışında gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib, onların hər birinin potensialını daha da inkişaf etdirməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Gəncləri elmi seminarlarda və konfranslarda daha fəal iştirak etməyə çağıran professor bildirib ki, elmi mühitdə aktivlik gənclərin şəxsi inkişafına böyük töhfələr verir və onları öz sahələrində lider olmağa təşviq edir.

Sonra Azərbaycan dialektologiyası şöbəsinin elmi işçisi Aynur Saydova yay məktəbində iştirakı ilə bağlı təcrübələrindən, baş kitabxanaçı Talehə Bakıxanova isə Türkiyənin İstanbul şəhərinə işgüzar səfərindən danışıb.

Sonda isə 11 nəfər gənc əməkdaş təşəkkürnamə ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri