Dilin inkişafını reklam lövhələrində yox, daha dərin müstəvidə axtarmalıyıq Deputatdan AÇIQLAMA
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Dil çox həssas bir məsələdir və bu barədə kifayət qədər danışılır. Lakin deyilənlər hələ də yetərli deyil. Biz “dövlət dili” ifadəsini işlədirik, amma mən bunu tam doğru hesab etmirəm. Dilimiz Azərbaycan dilidir və onu “dövlət” və ya “qeyri-dövlət” dili kimi təsnifləndirmək olmaz. Dilçilik nəzəriyyəsində də belə bir bölgü mövcud deyil. Azərbaycan dili var və onun rəsmi, elmi, publisistik, bədii və digər üslubları mövcuddur. Düşünürəm ki, bəzən “dövlət dili” deyilərkən əslində rəsmi üslub nəzərdə tutulur, lakin bu, yanlış olaraq “dövlət dili” adlandırılır".
Bunu Demokrat.az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
O, bildirib ki, “dövlət dili” anlayışını tamamilə inkar etmək də düzgün olmaz:
"Bu anlayış əsasən spesifik ictimai-siyasi şəraitdə meydana çıxır. Məsələn, imperiya tərkibində və ya müstəmləkə asılılığında olan ölkələrdə rəsmi üslub müəyyən edilərkən milli dil ilə imperiya dili arasında seçim zərurəti yaranır və “dövlət dili” anlayışı da məhz bu kontekstdə müzakirə olunur. Lakin bu yanaşma Azərbaycanın bugünkü statusu ilə uzlaşmır. Çünki Azərbaycan Respublikası müstəqil dövlətdir və onun dili yalnız Azərbaycan dili ola bilər".
Deputat bildirib ki, digər vacib məsələ dilin inkişafıdır:
"Bəziləri hesab edir ki, dükanların, şirkətlərin, hətta insanların adlarına nəzarət etməklə dili qorumaq və inkişaf etdirmək mümkündür. Bu isə olduqca bəsit və yanlış yanaşmadır. Dil canlı bir orqanizmdir və daim inkişaf etməlidir. Bu inkişafı təmin etmək üçün ilk növbədə dil bazası müəyyənləşdirilməlidir. Bu bazanın əsasını isə Dilin İzahlı Lüğəti təşkil edir. Tarix boyu Azərbaycan dilinin cəmi bir izahlı lüğəti yaradılıb və o da ötən əsrin 60–80-ci illərində tərtib olunub. Hazırda bu lüğət, demək olar ki, arxivdən kənarda istifadə edilmir. Əgər bu lüğət hər evdə, heç olmasa ziyalı ailələrində və elmi-tədqiqat müəssisələrində mövcud deyilsə və onun üzərində daimi təkmilləşdirmə işi aparılmırsa, dilin inkişafından danışmaq mümkün deyil".
Onun sözlərinə görə, dilin inkişafına təsir göstərən və onu hərəkətə gətirən digər amillər də var:
"Tərcümə işi bunlardan biridir. Hər bir dil inkişaf etmək üçün başqa dillərlə daim qarşılıqlı təmasda olmalıdır və bu proses tərcüməsiz mümkün deyil. Eyni zamanda bədii yaradıcılıq, estetik intibah, musiqi və sənətkarlıq kimi mədəni sahələrin inkişafı da dili zənginləşdirən əsas amillərdəndir. Dilin davamlı inkişafı üçün geniş miqyasda mütaliə mədəniyyəti formalaşdırılmalıdır. Çünki dilin ifadə imkanlarından düzgün istifadə etmək üçün insanın kifayət qədər söz ehtiyatı olmalıdır və buna yalnız davamlı oxu yolu ilə nail olmaq mümkündür".
Deputat qeyd edib ki, dilin inkişaf perspektivlərini reklam lövhələrində deyil, daha geniş və daha dərin müstəvidə axtarmalıyıq:
"Bu istiqamətdə işlər də daimi və peşəkar şəkildə aparılmalıdır. İlk növbədə dilin inkişaf etdirilməsi yolları və üsulları düzgün müəyyənləşdirilməli, bunun əsasında konkret fəaliyyət planı hazırlanmalı və icra olunmalıdır. Əks halda, dil davamlı şəkildə deqradasiya təhlükəsi ilə üz-üzə qala bilər".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Zəfərin beynəlxalq müstəvidə sənədləşdirilməsi... Deputatdan AÇIQLAMA
10 Avqust 2025 20:48
Vəzifəsini itirən deputatdan AÇIQLAMA
18 Fevral 2025 16:05
Quru sərhədlər açılır? Deputatdan AÇIQLAMA
30 Aprel 2025 19:22
Universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? Deputatdan AÇIQLAMA
29 Avqust 2025 09:03
Sənədsiz evlərlə bağlı deputatdan AÇIQLAMA
14 Fevral 2025 11:44
Baxış sayı:49
Bu xəbər 02 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları