Icma.az
close
up
RU
Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu? Danışmaqdan imtina etdi

Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu? Danışmaqdan imtina etdi

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Səhiyyə Nazirliyi tərəfindən 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı məlumatlar yayıldı. Bu cərrahlar arasında məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da adı çəkilir.


Məlumata görə, Dilqəm Məhərrəmovun sertifikasiya şəhadətnaməsinin müddəti 2 mart 2025-ci ildə başa çatırdı. Sertifikatın yenilənməsi üçün Səhiyyə Nazirliyinin təşkil etdiyi kurslarda iştirak və imtahan tələbi olsa da, cərrahın bu proseslərdə iştirak etmədiyi bildirilib. Bu səbəbdən onun sertifikatının müddətinin uzadılmayacağı qeyd edilib.

Bununla belə, "Baku Medical Plaza"nın "Medilux" filialının daxil olduğu "AZERA Holdinq"in biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Dilqəm Məhərrəmovun işinin başında olduğunu bildirib.

6 mart 2025-ci il tarixinə olan məlumata əsasən, cərrahın sertifikasiya şəhadətnaməsinin yenilənməsi ilə bağlı rəsmi təsdiqedici məlumat mövcud deyil.

Bakupost.az Ajans.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdürü Elvin Hacıyev bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24.01.2025-ci il tarixli 3-28/3-1-26/2025 nömrəli əmri ilə ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılması məqsədilə Xüsusi Təftiş Komissiyası yaradılıb:

"Sözügedən komissiyanın işinin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək."

Məsələ ilə bağlı Dilqəm Məhərrəmovdan da açıqlama almağa çalışsaq da, köməkçisi cərrahın bu barədə danışmaq istəmədiyini bildirərək suallarımızı cavabsız qoydu.

Əgər Dilqəm Məhərrəmov sertifikasiyadan keçmiş olsaydı, bu barədə tərəddüd etmədən açıqlama verərdi. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, o, hazırda şəhadətnamə almaq üçün çalışır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri