Dilşod Saidcanov: Azərbaycanın təcrübəsi Özbəkistanda medianın inkişafı üçün vacibdir
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistanda medianın inkişafı üçün Azərbaycanın təcrübəsi vacibdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda bildirib.
"Azərbaycanın təcrübəsi bizim üçün çox önəmlidir, çünki bütün bu əməkdaşlıq illəri ərzində bir-birimizi daha yaxşı tanıya bilmişik. Təkmilləşməyin sərhədi yoxdur. Sizin təcrübəniz çətin şəraitdə formalaşıb, lakin bunun öhdəsindən gəldiniz və uğur qazandınız. Müvafiq olaraq, sizin kütləvi informasiya vasitələriniz hələ bizdə olmayan xüsusi təcrübəyə malikdir. Əldə etdiyiniz praktik bacarıqlar, yaratmağı və dünya səviyyəsində ötürməyi öyrəndiyiniz kontent bizim üçün son dərəcə vacibdir", - D.Saidcanov qeyd edib.
O vurğulayıb ki, informasiya sahəsində uğurla işləmək istəyən hər kəs üçün öz kütləvi informasiya vasitələrini inkişaf etdirmək və keyfiyyətli kontent yaratmaq mütləqdir.
Baxış sayı:114
Bu xəbər 30 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















