DİM: 9 dövlət orqanında 24 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Fevralın 3-də elana çıxarılmış vəzifələr üzrə qeydiyyatdan keçmiş 47 namizədlə 56 müsahibənin keçirilməsi planlaşdırılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsahibələrin martın 11-dən 17-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Mərkəzin saytından əldə etmək olar.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabinet”inin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Qeyd edək ki, elan üzrə 9 dövlət orqanında mövcud olan 24 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Mart 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















