Icma.az
close
up
RU
DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi

DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunub. Müsabiqədə iştirak etmiş hər bir abituriyent DİM-in internet saytına daxil olaraq müsabiqənin nəticəsi ilə ətraflı tanış olmaq imkanına malikdir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirib.

Qeyd edilib ki, bununla yanaşı, müsabiqə nəticəsinə dair arayışda qeyd olunmuş ballar barədə bir sıra abituriyentlər tərəfindən Mərkəzə müxtəlif suallar daxil olub. Mərkəz bu müraciətlərə aydınlıq gətirərək ən çox ünvanlanan suallara cavab verib.

DİM-dən bildiriblər ki, bir abituriyent qeyd edib ki, qəbul imtahanında 150-dən çox bal toplasa da, seçdiyi ixtisasa qəbul ola bilməyib. DİM-in açıqlamasına görə, sözügedən ixtisasa qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Dövlət sifarişi ilə ayrılan yerlərin təhsil müəssisələri arasında bölüşdürülməsi əvvəlcədən müəyyən olunmur və yalnız abituriyentlərin seçimlərinə əsasən müsabiqə nəticəsində formalaşır. Həmin ixtisas üzrə dövlət sifarişli yerlər digər ali məktəblər tərəfindən doldurulduğu üçün abituriyentin seçdiyi təhsil müəssisəsində yer qalmayıb.

Başqa bir müraciətdə isə 454 bal toplamış abituriyent seçdiyi ixtisasa qəbul ola bilmədiyini bildirib. DİM-dən verilən izaha görə, bu halda da həmin ixtisas üzrə dövlət sifarişi ilə ayrılan yerlər başqa ali təhsil müəssisələrində dolub. Bundan əlavə, həmin ixtisas üzrə subbakalavrlar da müsabiqəyə qatıldıqları üçün qəbul şərtlərində onların ən aşağı nəticələri göstərilib.

DİM qeyd edib ki, müsabiqə şərti ilə göstərilən bal yalnız ixtisasa qəbul üçün minimal göstəricidir və faktiki qəbul balı həmin ixtisas üzrə ayrılan dövlət sifarişi yerlərinin hansı təhsil müəssisəsində dolmasından asılı olaraq müəyyənləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri