Icma.az
close
up
RU
DİM apellyasiya nəticələrini AÇIQLADI: Minlərlə işdə düzəliş EDİLDİ

DİM apellyasiya nəticələrini AÇIQLADI: Minlərlə işdə düzəliş EDİLDİ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

DİM-dən Redaktor.az-a verilən xəbərə görə, edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Bildirilib ki, müraciətlərin 186-sı boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 356-sı isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub.

Qeyd edilib ki, tam ballıq işlərə aid müraciətlər də araşdırılmış və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

“Şagirdlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib.

Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin 1690 (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,06%-i) yazı işi ilə bağlı düzəliş edilib və bu düzəlişlərdən 508-i yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müvafiq düzəlişlər 25-26 may 2026-cı il tarixlərində şagirdlərin şəxsi kabinetlərində yekun ballarında öz əksini tapacaq.

Qeyd edək ki, 9 mart 2026 və 15 mart 2026-cı il tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 115000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,7 milyondan çox yazı işi yerinə yetiriblər”, - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 May 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri