DİM də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 22 may, AZƏRTAC
“Pearson VUE” təşkilatının kompüterəsaslı rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaş müraciətlərini nəzərə alaraq bu təşkilatın razılığı əsasında iyunun 3-ü, 10-u və 20-si imtahan təqviminə əlavə edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi “Pearson VUE” təşkilatı tərəfindən həyata keçirilir. İmtahanda iştirak etmək üçün “Pearson VUE” rəsmi saytı vasitəsilə hesab yaratmaq lazımdır. Daha sonra imtahan veriləcək proqram seçilərək şəxsi kabinetə daxil olmaqla qeydiyyat tamamlanır. Qeydiyyat zamanı imtahan mərkəzi olaraq “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzi seçildikdən sonra DİM-də mövcud olan imtahan tarixləri və digər məlumatlarla tanış olmaq mümkündür.
Project Management Institute (PMP) imtahanının formatı iyulun 9-dan etibarən dəyişəcək.
İmtahanlar haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 May 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















