Icma.az
close
up
RU
DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət etdi Yeni Çağ Media

DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət etdi Yeni Çağ Media

Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.

DİM-dən Yenicag.az- a verilən məlumata görə, namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.

www.yenicag.az

seeBaxış sayı:28
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri