Icma.az
close
up
RU
DİM ictimaiyyət üçün görüş keçirəcək

DİM ictimaiyyət üçün görüş keçirəcək

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. 

Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

“Cebheinfo.az” xəbər verir ki, növbəti görüş 5 dekabr saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunacaq. 

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər. 

Görüşdən sonra buraxılış imtahanı fənləri (Azərbaycan və rus dili (tədris dili kimi), riyaziyyat və xarici dil) üzrə şagirdlər üçün yazı işlərinin yerinə yetirilməsi zamanı yol verilən səhvlər əsasında praktik treninqlər təşkil ediləcək. 

Burada əvvəlcə real yazı işi nümunələri əsasında hazırlanmış təqdimat nümayiş etdiriləcək. Təqdimatdan sonra şagirdlərə yerinə yetirmələri üçün bir neçə tapşırıq təklif ediləcək. Şagirdlər həmin tapşırıqları yerinə yetirdikdən sonra yazdıqları yazı işləri mütəxəssislər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsi şagirdlərin özləri ilə müzakirə ediləcək.

Şagirdlər yazı işləri ilə bağlı izahla da tanış ola biləcəklər. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini (treninqdə iştirak etmək istədikləri müvafiq fənni seçməklə) əvvəlcədən bildirməlidirlər. 

Görüşdə iştirak etmək istəyənlər dekabrın 3-dək aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 140 nəfərin (70 məktəbli, 50 valideyn və 20 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər. 

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri