Icma.az
close
up
RU
DİM imtahanları niyə “tələyə” çevrilib?

DİM imtahanları niyə “tələyə” çevrilib?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar keçirilən imtahanlarda şəffaflığın təmin edilməməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Lisey və gimnaziyalara qəbul imtahanları sualların satılması ilə bağlı iddialar şagird və valideynlər arasında narazılıqlar yaratmışdı.

Bundan əlavə, müəllimlərin işə qəbulu imtahanlarında tarix və kimya fənlərindən sualların həddindən artıq çətinliyi ictimaiyyətdə narazılıq doğurarkən, DTX-nin Dövlət İmtahan Mərkəzində sualların satılması ilə bağlı keçirdiyi əməliyyat təhsil sisteminə olan inamı ciddi şəkildə sarsıdıb.

Bəs Azərbaycanda imtahanların şəffaf keçirilməməsinin əsas səbəbləri nələrdir və bu vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, imtahanlardakı saxtakarlıq etimadı sarsıdır, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi isə məsuliyyətdən yayınır:
 

“Azərbaycanda imtahanların keçirilməsi son 3 ildə ən çox narazılıq doğuran mövzularından biridir. Lisey və gimnaziyalara qəbul imtahanlarında sualların satılması, bəzi fənlər üzrə - xüsusilə riyaziyyat, tarix və kimya, həddən artıq çətin tapşırıqların verilməsi və nəticədə minlərlə şagirdin haqsızlıq hissi ilə üzləşməsi təhsil sisteminə etimadı ciddi şəkildə sarsıdır. 

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar göstərdi ki, bu sahədə fırıldaq və korrupsiya halları sistemli xarakter daşıyır. DTX-nin müdaxiləsi cəmiyyət üçün bir ümid işığı oldu, çünki bu qurum yalnız təhlükəsizlik deyil, həm də təhsilin qorunması, şəffaflığın bərpası və gələcək nəsillərin sağlam mühitdə yetişməsi baxımından həyati vacib rol oynadı. 

Amma burada əsas sual yaranır, niyə bu vəziyyətə gəlinib və niyə Elm və Təhsil Nazirliyi öz öhdəsinə düşən işi görə bilmir?”

Onun sözlərinə görə, imtahanlardakı şəffaflıq pozuntuları gənclərin taleyini riskə atır:

““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilir ki, təhsil dövlət siyasətinin əsas prioritetlərindən biri sayılır, 5-ci maddəsində isə təhsilin keyfiyyətinə dövlət təminat verir. 

Əlavə olaraq, Konstitusiyanın 42-ci maddəsində qeyd olunur ki, dövlət vətəndaşlara bərabər təhsil imkanları yaratmalıdır. Lakin imtahanların təşkilində şəffaflıq prinsipi pozulduqda, şagirdlər bərabər imkanlardan məhrum olur və qanunun mahiyyəti kağız üzərində qalır.

Sualların satılması faktı bu prinsiplərin birbaşa pozulmasıdır və təhsil sistemində qanunla idarə olunmalı olan prosesin korrupsiya ilə əvəzlənməsini göstərir.

Müsbət tərəfi yalnız DTX-nin fəaliyyətində görmək olar. Bu qurum imtahan fırıldaqçılarını ifşa etməklə təhsil sahəsində təhlükəsizliyi təmin edir, neqativləri aradan qaldırır və şəffaf mühit yaratmaq üçün qətiyyət nümayiş etdirir. 

Bu, dövlətin gücünün və iradəsinin göstəricisidir. Amma mənfi tərəflər çox daha genişdir. Elm və Təhsil Nazirliyi bu sahədə heç bir preventiv tədbir həyata keçirmir, sual bazasının məxfilik prinsipləri qorunmur, imtahanların məzmunu balanslaşdırılmır.

Nazirlik yalnız statistika açıqlamaqla kifayətlənir, amma prosesin keyfiyyəti barədə ictimaiyyətə nə hesabat verir, nə də şəffaflıq yaradır.
Statistika göstərir ki, son 5 ildə orta məktəblərdə buraxılış və qəbul imtahanlarında iştirak edənlərin sayı hər il 100 min nəfəri keçir. Bu qədər gəncin taleyi imtahanların nəticəsindən asılıdır və onların gələcək təhsil və karyera imkanları burada müəyyənləşir.

Belə bir kütləvi prosesdə ən kiçik saxtakarlıq minlərlə ailənin həyatına təsir göstərir. Nəticədə insanlar repetitorluğa, qeyri-rəsmi yollarla hazırlığa üz tutur və təhsil getdikcə daha çox bazara çevrilir”.

Ekspert qeyd edib ki, Azərbaycanda imtahanların qapalı və şəffaf olmaması etimadı zəiflədir:

“Dünya təcrübəsi ilə müqayisə etdikdə, Azərbaycanın geridə qaldığı aydın görünür. Məsələn, Estoniya və Finlandiya imtahan sistemini tam elektronlaşdırıb, suallar geniş bankdan avtomatik seçilir və insan faktorunun müdaxiləsi minimuma endirilir.

İngiltərədə GCSE (Orta Təhsil Haqqında Ümumi Attestat) və A-level (Yüksək  Səviyyə Təhsil  Diplomu) imtahanlarının nəticələri barədə hər il ətraflı hesabat dərc olunur, çətinlik balansı daim müzakirə edilir.

ABŞ-da SAT və GRE imtahanlarının sualları müstəqil qurumlar tərəfindən hazırlanır və ictimai etimad mexanizmləri formalaşdırılıb. Azərbaycanda isə imtahan sistemi hələ də qapalıdır, nəticələr üzrə hesabat verilmədiyi üçün ictimaiyyət yalnız fərziyyələr üzərində müzakirə aparır.

Nəticə etibarilə dəyişəcək olan budur ki, əgər vəziyyət eyni qaydada davam edərsə, imtahanlara etimad tamamilə itəcək, gənclər təhsil yolunu imtahanla yox, başqa vasitələrlə axtarmağa başlayacaqlar.

Dəyişməli olan isə imtahanların təşkili mexanizmidir. Sual bazası beynəlxalq standartlara uyğun qorunmalı, imtahanların məzmunu tədris proqramları ilə uyğunlaşdırılmalı, nəticələr barədə ictimai hesabat sistemi yaradılmalıdır.

İmtahanların hazırlanması və keçirilməsi yalnız Elm və Təhsil Nazirliyinin səlahiyyətində qalmamalı, müstəqil akademik qurumlar və ictimai təşkilatlar bu prosesə cəlb olunmalıdır.

Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə plan açıqlayır, nə də ictimai müzakirə aparır. Nazirliyin nə marifləndirmə işi var, nə də real proqnozları.

Bu qurum sadəcə idarəçiliklə məşğuldur, amma təhsil siyasətini müəyyənləşdirmək iqtidarında deyil. Əgər DTX-nin sərt müdaxiləsi olmasa, imtahan fırıldaqları davam edəcək.

Nazirliyin fəaliyyətsizliyi isə göstərir ki, ölkədə imtahanların şəffaflığını qoruyan əsas qurum təəssüf ki, təhsil nazirliyi deyil, təhlükəsizlik orqanlarıdır. Bu isə dövlətin təhsil strategiyası üçün çox acınacaqlı mənzərədir”.
Gülər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri