Icma.az
close
up
RU
DİM işçi axtarır Qeydiyyat başladı

DİM işçi axtarır Qeydiyyat başladı

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyata başlayır.  
Modern.az xəbər verir ki, qeydiyyat prosesi 10 oktyabr – 3 noyabr (saat 10:00-dək) tarixlərində aparılır.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40  arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan qadınlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.

Qeydiyyat üçün namizədlər ilk olaraq Dövlət İmtahan Mərkəzinin dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar).  Daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra təsdiq olunmuş qeydiyyat vərəqini çap edərək imzalamalı və aşağıdakı sənədləri də əlavə edərək elektron poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə  DİM-in əsas inzibati binasına (Ak.Həsən Əliyev küçəsi, 299), regionlarda isə müvafiq olaraq DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan Regional Bölmələrinə şəxsən müraciət etməlidirlər.

Müsahibəyə gələrkən  təqdim olunması tələb olunan sənədlər:

Təsdiq edildikdən sonra çap olunaraq imzalanmış qeydiyyat anketi; Şəxsiyyət vəsiqəsinin əsli və surəti; Ali və ya orta ixtisas təhsil haqqında sənəd (diplom) və surəti; İş yeri haqqında arayış (İş yeri olduğu təqdirdə); Məhkumluğun  olmaması barədə arayış (əsli); Bank rekvizitlərini təsdiq edən sənəd (rekvizitlər bank tərəfindən çap olunmalı və təsdiqlənməlidir).

Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanılır və fəaliyyət sahəsinə uyğun təhsili, iş təcrübəsi, fiziki-psixoloji sağlamlığı və s. məsələlərin dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaqdır.

Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edən və 46 yaşı tamam olmayan xanımlar da qeyd olunan müddətdə (3 noyabr saat 10:00-dək) elektron qaydada mövcud anketlərini yeniləyərək imzalamalı və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər. Anketdə əks olunmuş şəxsi məlumatların hər hansında dəyişiklik olarsa, dəyişikliyi təsdiq edən sənəd anketlə birlikdə təqdim olunmalıdır.

Qeydiyyatla bağlı suallarınız yaranarsa, Mərkəzin inzibati binalarına (Çağrı mərkəzi 1653 ) və ya  regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz. 

Buraxılış rejimini aparan əməkdaşa dair tələblər və onun vəzifələri

“Şəxsi kabinet”in yaradılması və istifadə qaydası

Anketin doldurulması qaydası

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:460
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri