DİM onlara müraciət etdi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.
Baxış sayı:98
Bu xəbər 09 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















