DİM Pirallahı icra başçısını təkzib etdi
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun əməkdaşları tarix, informatika və məntiq fənlərindən test imtahanına cəlb etdiyi iddia olunur. Məlumatlara görə, icra başçısı bunun Dövlət İmtahan Mərkəzinin (DİM) tələbi olduğunu bildirib və nəticələrin quruma göndəriləcəyini, zəif bal toplayanların işdən çıxarılacağını deyib.
Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu istiqamətdə onların hər hansı tələbi yoxdur:
"Bununla bağlı quruma hər hansı məlumat daxil olmayıb”, - cavabda qeyd olunub.
İşçilərin sözlərinə görə, icra başçısı vaxtaşırı bilik səviyyəsini yoxlamaq adı altında onlara əmək müqavilələrinə xitam verilməsi üçün təzyiq göstərir.
Bu barədə məlumatı ilk Sitatinfo.az yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 26 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















