DİM: Qabiliyyət imtahanlarından 36778 abituriyent qeydiyyatdan keçib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarından 36778 abituriyent qeydiyyatdan keçib.
Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in sektor müdiri Eltun Süleymanov Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanların idarə olunmasında DİM-lə yanaşı müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatların ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər",- o qeyd edib.
O bildirib ki, imtahanlar avqustun ortalarına qədər davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















