DİM şagirdlər üçün sorğu KEÇİRİR
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil fənləri üzrə imtahan modelində tətbiq edilən şəkil əsasında hekayə qurmaq tapşırığı ilə bağlı tədqiqat aparılır.
Redaktor.az xəbər verir ki, tədqiqatın bir hissəsi kimi qeyd olunan tapşırıqla bağlı 9-cu sinif buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin fikirlərini öyrənmək üçün sorğu keçirilir.
Sorğuda iştirak könüllüdür. İştirakçılar tərəfindən təqdim olunan bütün məlumatların anonimliyi və məxfiliyi tam şəkildə qorunur. Toplanan məlumatlardan yalnız elmi tədqiqat məqsədləri üçün istifadə olunacaq və fərdi məlumatlar paylaşılmayacaq.
Sorğuda iştirak etmək üçün link: //shorturl.at/BQfuo
Qeyd edək ki, müasir dövrdə dillərin qiymətləndirilməsi ilə bağlı yanaşmalarda ünsiyyət bacarıqlarının və yaradıcı düşüncənin ön plana çıxması ilə əlaqədar olaraq, bir çox beynəlxalq imtahan sistemlərində şəkil və vizual materiallar əsasında qurulan yazı tapşırıqlarından istifadə olunur. Bu baxımdan, tədqiqat çərçivəsində şagirdlərin şəkil əsaslı hekayə qurmaq tapşırığını necə qəbul etdikləri, tapşırığın onların fikir formalaşdırmasına, ideya qurmasına və yazılı nitq bacarıqlarını nümayiş etdirməsinə nə dərəcədə kömək etdiyi öyrənilir.
Tədqiqatın nəticələrinin gələcəkdə xarici dil imtahanlarının təkmilləşdirilməsi, yazı tapşırıqlarının hazırlanması və qiymətləndirmə meyarlarının inkişaf etdirilməsi baxımından faydalı olacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 İyun 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















