DİM sədri: Azərbaycanda psixometriya sahəsi üzrə mütəxəssislərin sayı çox azdır
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda psixometriya sahəsi ilə məşğul olanların sayı azdır.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, test yaratmaq sadə iş deyil:
"Testin yaradılması mürəkkəb elmi iş və prosesdir. Bu, psixometriyaya aid sahədir. Azərbaycanda bu sahə üzrə mütəxəssislərin sayı olduqca azdır. Müəyyən qədər var, amma on milyonluq Azərbaycandakı məktəb və universitetlərin sayı ilə nisbətdə rəqəm çox aşağıdır".
M.Abbaszadə əlavə edib ki, testlərin formalaşması, yoxlanılması, qiymətləndirilməsi üçün kifayət qədər peşəkar mütəxəssis tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Dekabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















