Icma.az
close
up
RU
Dimpleplasty sürətlə yayılır: Məşhurlara bənzəmək istəyənlər etdirir amma üzdə...

Dimpleplasty sürətlə yayılır: Məşhurlara bənzəmək istəyənlər etdirir amma üzdə...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə sürətlə yayılan yeni plastik cərrahiyyə proseduru - "dimpleplasty” (qəmzə estetikası) həkimlər arasında mübahisələrə səbəb olub. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu əməliyyat zamanı xəstənin yanağında qəsdən yara izi yaradılaraq süni qəmzə formalaşdırılır. Miranda Kerr, Bred Pitt, Cennifer Qarner, Ariana Qrande, Harri Stiles kimi qəmzəli məşhurlara bənzəmək istəyən bir çox insan bu əməliyyata üz tutur.

Prosedur əvvəllər əsasən Cənubi Koreya və Asiyanın digər bölgələrində populyar olsa da, son illər bütün dünyada trend halına gəlib.

Beverli Hillsdə fəaliyyət göstərən plastik cərrah Dr. Dipak Duqar bu əməliyyata qarşı çıxaraq onun təbii görünmədiyini vurğulayıb:

Bu, istirahət halında və ya gülümsəyərkən yanaqda süni gamzələr yaradır. Həqiqi qəmzələr isə yalnız gülümsədikdə ortaya çıxır. Süni üsulla yaradılan gamzələr təbii görünmür və yara izləri qala bilər".

Üz plastik cərrahı Dr. Yael Halaas da bu əməliyyatın əslində əzələ quruluşundakı təbii fərqi təqlid edə bilmədiyini, nəticədə qəmzə kimi görünən yara izi yaratdığını bildirib.

Bəzi mütəxəssislər isə prosedurun müəyyən hallarda uğurlu nəticə verə biləcəyini deyirlər. Dr. Kurves ləqəbi ilə tanınan Dr. Endryu Kimerson tam sağalma müddətinin 3-4 ay çəkdiyini, əvvəlcə gamzələrin hər zaman göründüyünü, zamanla yumşalıb yalnız gülümsəyərkən fərq edildiyini qeyd edib.

Lokal anesteziya altında həyata keçirilən bu əməliyyat zamanı ağız içindən kiçik kəsik edilərək yanaq əzələsinə müdaxilə olunur və dəridə çəkinti yaradılır. Amma Estetik və Rekonstruktiv Cərrah Bilgen Katipoğlu Erenoğlu xəbərdarlıq edir ki, bu prosedur hər üz tipinə uyğun deyil, bəzi hallarda infeksiya, qan yığılması, asimetri, sinir zədələnməsi, his və mimika itkisi kimi risklər mövcuddur.

Həkimlər əməliyyatın daimi və ya təbii görünüşlü nəticə verəcəyinə dair zəmanət olmadığını, gamzələrin zamanla silikləşə və ya tamamilə yox ola biləcəyini bildirirlər. Üstəlik, əməliyyatdan sonra iz qalması, üz formasında dəyişiklik kimi ehtimallar da mövcuddur. Mütəxəssislər insanlara, məşhurlar üzərində yaxşı görünən estetik detalların hər kəs üçün eyni nəticəni verməyəcəyini, ən əsası isə üzdə təbii harmoniyanın qorunmalı olduğunu xatırladırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri