DİN BNMİ dən növbəti əməliyyat 60 kq narkotik aşkarlandı (VİDEO)
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
"Unikal" xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmayılov tutulublar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.
Onlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 26 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















