Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

DİN bütün ölkədə əməliyyat keçirir Daha genişmiqyaslısı başlaya bilər!

DİN bütün ölkədə əməliyyat keçirir Daha genişmiqyaslısı başlaya bilər!

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ata: “Sabah toydu, artıq dəvətnamə paylanıb”

Aparıcı: “Onsuz da polis icazə vermədi, şadlıq evi də qoymur, bu qədər insan bizi izləyir, camaatı aldada bilmərik axı…”

Ata: “Bir şey fikirləşərik də. Yoluna qoyarıq birtəhər…”

Bəli, bir neçə gündür sosial şəbəkələri çalxalayan, qulaqlarımızda cingildəyən və ən azından ağlı başında olan insanların üzünü qızardan həmin dialoqdur. 16 yaşında qızının toyuna bəh-bəhlə hazırlaşan “ata”nın və ona mikrofon uzadan jurnalistin. Polisin toya mane olmasına baxmayaraq, “bir şey fikirləşərik də” sözləri ilə yaşanacaqların anonsunu verir, qorxmadan, nəyəsə inanaraq…

Digər tərəfdən isə insanları bir daha “namus axtarışına”, “qeyrətdən” dərs keçməyə həvəsləndirən yeni statistika paylaşılıb. Son 5 ildə Azərbaycanda 83 mindən çox uşaq nikahdankənar dünyaya gəlib. Onların 9 mini 15-19 yaş aralığından “analar”ın, daha doğrusu, özünün böyüməyə ehtiyacı olanların övladlarıdır. Bəs cəmiyyət, xalq arasında ziyalı kimi tanınanlar nə deyir? “Ənənəyə” sadiq qalınaraq həmin qızlar əxlaqsızlıqda günahlandırılır, dünyaya gətirilən uşaqlar hədəf alınır. Bəs o zaman yuxarıda qeyd olunan nədir?

İl ərzində nə qədər azyaşlının qohumu, qonşusu, yaxını, yaxud tanımadığı şəxs tərəfindən təcavüzə məruz qaldığı xəbərini alırıq? Bölgələrdə 12-17 yaş aralığındakı nə qədər oyuncaqdan ayrılmamış körpə qızlar əyninə ağ paltar geyindirilərək vağzalı ilə toy bildiyi, amma bəlkə də yası olacaq yerə yola salınır? Elə paytaxtın özündə də. Doğurdanmı açıqlanan rəqəmlərdəki bütün qızlar iki xoş sözə aldanıb, səhv addım atıb özlərini bədbəxt ediblər? Buna inanmaq sadəcə real faciədən qaçmaqdır, cəsarətsizlikdir, qorxaqlıqdır…

Atasının evləndirməyə tələsdiyi, özünün də həvəslə gəlinlik geyinəcəyi zamanı gözlədiyini deyən o qızın yaşı 16-dır, rəsmi nikaha düşmür. Bir çox digər qurban verilən qızlar kimi. Bəs nə olur? Əlbəttə ki, dini kəbin. Sağa-sola dönsək, nə qədər qızın erkən yaşda evləndirildiyi üçün rəsmi nikahının olmadığını görərik. Zamanla “ər evində” uşaqları olur. Nikah söhbəti düşəndə isə “əşi, hara tələsirik, edərik də”, – deyilir. Halbuki onların kəbinlə dünyaya gətirdiyi o “halal” uşaq da nikahdankənar olaraq qeydiyyata düşür.

Ümumiyyətlə, cəmiyyətimizdə 13 yaş sindromu da var. Sadəcə internetdə “13 yaşlı qız” yazıb axtarışa verərək nəticələrə baxmaq kifayətdir. Hələ bir müddət əvvəl rayonlardan birində 13 yaşlı qıza onlarla kişinin təcavüz etdiyinə dair xəbərlər yayıldı. Eyni yaşda başqa bir azyaşlı ailəsi tərəfindən evləndirildiyi şəxsdən uşaq dünyaya gətirdi. Hələ 13 yaşlı bir qızın hamilə olduğunu öyrənən valideynləri ona təcavüz edən şəxsi tapıb “namuslarını təmizləmək” üçün evləndirməyə çalışırdılar. Onların da dünyaya gətirdiyi nikahdankənar olmur?!

Əsas faciə isə qızların bir qisminin erkən yaşda evlənməyi istəmələridir. Qızların əksəriyyətinin 8-10 yaşlarında oyuncaqları əllərindən alınır, yerinə toz bezi verilir. Dostları ilə oyunlar oynamalı olan qızlar, “yemək bişirməyi öyrən, sonra qayınanan mənə qarğıyacaq” cümləsinin sədaları altında böyüdülür. “Evlən, ərin alsın”, “Evlən, ərinlə doyunca gəzərsən”, “Evlən, ər evində istədiyin kimi geyinərsən”, “Evlən, ərin qoysa, pulunu versə, oxuyarsan”, “Evlən, ərin istədiyini edər”, “Evlən…”, “Evlən…”. Bir sözlə, təki evlən. Nəticədə bu qızlar sanki evləndikdən sonra həyatlarını daha yaxşı və rahat yaşayacaqlarını düşünürlər. Beləliklə də “toy eşqi” hələ bu sözlər beyinlərinə toxum kimi səpildiyi ilk andan yaranır. Onlar “böyük” kimi yetişdirilirlər. Amma hər yetişkin kimi görünən, danışan şəxs tam yetişmiş olmur. Özü də 20 yaşından kiçik biri, ümumiyyətlə mümkünsüzdür.

Azyaşlıların abort rəqəmlərinə də nəzər saldıqda sürprizlə qarşılaşmırıq. Qarşılaşmayacağıq da. Çünki selektiv abortlara görə dünyada əksər ölkələri geridə qoymuşuq. 13-17 yaşlı dünyadan bixəbər, özü uşaq olan biri ilə evlənən şəxsin “mən qız istəmirəm, oğlan doğ” deyib aborta getməsi də heç kimi təəccübləndirməməlidir.

Biz, “Qızını döyməyən dizini döyər”, – deyə atalar sözü olan bir cəmiyyətik. Buna görə də qız övladını artıq mal, maneə kimi görən bədəvi ərəblərlə özümü ciddi şəkildə səhv salırıq. Unuduruq ki, biz azərbaycanlıyıq!

Döyün, evləndirin, “o evdən kəfənlə çıx” deyin, amma unutmayın: yenə də bütün əziyyəti siz çəkəcəksiniz. Qızının oxuması, öz həyatını qurması üçün çabalayan, gecə-gündüz yuxusuz qalan, boğazından kəsib təhsilinə pul xərcləyən valideynlər yox. Çünki hamı öz əkdiyini biçir və hər övlad ata-anasının əsəridir!

Daxili İşlər Nazirliyinin azyaşlıların evləndirilməsinə qarşı fəaliyyəti təqdirəlayiqdir. Bütün ölkə ərazisində belə qanunsuz nikahlara operativ reaksiya verilir, tədbirlər görülür. Bunun kimi halların qarşısının tam alınması üçün isə ən böyük əməliyyat valideynlərin beynində keçirilməlidir…

Ayşən Mustafa
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri