DİN dən çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış VİDEO
Metbuat saytına istinadən Icma.az xəbər verir.
DİN çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib.
Metbuat.az xəbər verir ki, çağırışda deyilir:
"Hazırda müşahidə olunan qızmar yay günlərində insanların çimərliklərə və istirahət zonalarına kütləvi axını müşahidə olunur. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarının çimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davam etdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlıların təhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır. Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərində ani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər.
Xüsusən, çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qəti yolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməz hallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polis naryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimai asayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdə keçirməsini təmin etməkdir".
Baxış sayı:78
Bu xəbər 23 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















