Icma.az
close
up
RU
DİN əhaliyə MÜRACİƏT ETDİ: Kiberdələduzluq halları...

DİN əhaliyə MÜRACİƏT ETDİ: Kiberdələduzluq halları...

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və kiberdələduzluq halları kəskin artıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların pul vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş istifadə edirlər.

Bildirilib ki, geniş yayılan üsullardan biri sosial şəbəkələrdə vətəndaşların dost və ya qohumlarının adından saxta profillərin yaradılmasıdır. Dələduzlar həmin şəxslərin foto və adlarından istifadə edərək “xəstəxanadayam”, “təcili pul lazımdır” və digər bəhanələrlə pul köçürülməsini istəyirlər.

"Digər üsul isə psixoloji təzyiq yolu ilə həyata keçirilən telefon zəngləridir. Dələduzlar özlərini bank və ya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək vətəndaşlara adlarına qanunsuz kredit götürüldüyünü, kartlarından terrorçulara pul köçürüldüyünü və ya digər problemlərin yarandığını bildirirlər. Daha sonra problemin “həlli” adı altında kart məlumatları, SMS-lə göndərilən təsdiq kodları və ya pul tələb olunur.

Belə hallarda xüsusilə nisbətən məlumatsız və yaşlı şəxslər hədəf seçilə bilər. Bəzi hallarda əvvəlcə tanış şəxsin adından saxta mesaj göndərilir, daha sonra isə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs vətəndaşla əlaqə saxlayır. Zərərçəkənlər hətta “kreditlərin silinməsi” bəhanəsi ilə yeni kredit götürərək həmin vəsaiti dələduzlara göndərməyə sövq edilirlər.

Kiberdələduzların istifadə etdiyi digər üsul saxta investisiya və yüksək qazanc vədləridir. Sosial şəbəkələrdə “10 manat yatır, 1 saata 200 manat qazan” kimi elanlar yerləşdirilir. İlkin mərhələdə sistemdə saxta qazanc göstərilərək vətəndaş daha böyük məbləğ yatırmağa həvəsləndirilir, son nəticədə isə bütün vəsait mənimsənilir.

Fişinq hücumları zamanı isə məşhur elan və poçt xidmətlərinin rəsmi saytlarına bənzədilən saxta səhifələrdən istifadə olunur. Vətəndaşa məhsulunun satıldığı və pulu əldə etmək üçün göndərilən keçidə daxil olmasının lazım olduğu bildirilir. Kart məlumatları və şifrələr saxta səhifəyə daxil edildikdən sonra hesabdakı vəsait oğurlana bilər.

Dələduzlar həmçinin uydurma cərimə, kommunal borc və ya vergi bildirişlərindən istifadə edirlər. Vətəndaşa borcu və ya cəriməni dərhal ödəmədiyi halda avtomobilinin duracağa aparılacağı və yaxud məhkəməyə veriləcəyi barədə mesaj göndərilir və saxta ödəniş keçidinə yönləndirilir", - məlumatda qeyd olunub.

DİN vətəndaşları belə hallarda diqqətli olmağa çağırıb. Tanış və ya yaxın şəxsin adından təcili pul istənildikdə həmin şəxslə birbaşa əlaqə saxlayaraq müraciətin həqiqiliyini yoxlamaq tövsiyə edilir.

Nazirlik xatırladıb ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və SMS-lə göndərilən təsdiq kodunu tələb etmirlər.

Həmçinin tanımadıqları şəxslərdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə daxil olmamaq, xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə etmək tövsiyə olunub.

“Adınıza kredit götürülüb”, “hesabınızdan pul çıxarılır” və ya “terrorçulara pul köçürülüb” kimi zənglər zamanı isə əlaqəni dərhal kəsmək, zəng edən şəxsin təmsil etdiyini bildirdiyi qurumun rəsmi nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq məsləhət görülüb.

DİN vətəndaşları rəqəmsal mühitdə ayıq-sayıq olmağa, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssas yanaşmağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri