DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, şəhər və rayonlarda, eləcə də avtomobil yollarında əsas məqsəd vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək, onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatmasına kömək göstərməkdir.
“Yağışın yaratdığı hallarla bağlı daxil olan bütün müraciətlərə operativ reaksiya verilir, ehtiyacı olan vətəndaşlara yerində köməklik göstərilir. Sürücülərdən və piyadalardan xahiş olunur ki, mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər”.
Baxış sayı:144
Bu xəbər 28 Mart 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















