DİN həftəsonu aşkarlanaraq götürülən silahsursatın sayını açıqlayıb AZƏRTAC
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 26 tüfəng, 1 patron darağı və 725 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Baxış sayı:55
Mənbə:https://azertag.az