Icma.az
close
up
RU
DİN in Hərbi İnstitutunda növbəti buraxılış oldu FOTOLAR+VİDEO

DİN in Hərbi İnstitutunda növbəti buraxılış oldu FOTOLAR+VİDEO

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. 

Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında onun mühüm rol oynadığını diqqətə çatdırıb. O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən hər zaman  nəzarətdə saxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğının nəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib. 

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi dəyərləndirib. 

Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında yüksək nəticələr əldə etdiyinə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının roluna xüsusi diqqət çəkib. 

Qeyd olunub ki, məzunların həyatında yeni bir dövr başlayır. Bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazanan, peşələrini sevən, müasir düşüncəyə sahib gənc zabitlər аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcək, Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlar.

Nazir V.Eyvazov gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Çingiz Cəfərli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb, gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ç.Cəfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub. 

Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib. 

Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər. 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see129

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see127

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see125

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see123

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see123

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see122

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see121

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see120

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see119

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see118

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see116

Nə vaxt dayanacaqlarını bilmirlər və...donuz olurlar...

18 İyun 2025 21:35see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see114

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see113

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see113

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see112

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see112

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see111

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see111

İyulun 1 də quru sərhədlər açılacaq?

18 İyun 2025 21:27see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri