DİN in ikitəkərli nəqliyyat sürücülərinə müraciəti: Qaydalara əməl etmək həyati əhəmiyyət daşıyır
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün də ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.
Yol hərəkəti və təhlükəsizlik qaydalarına məhəl qoymayaraq həm özləri, həm də digər nəqliyyat vasitələri üçün qəza riski yaradan ikitəkərli nəqliyyat sürücüləri barədə məsuliyyət tədbirləri həyata keçirilib.
İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Bir daha yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















