Icma.az
close
up
RU
DİN məlumat yaydı: Yaşı 30dək olanlar noyabrın 30dək... Yeni Sabah

DİN məlumat yaydı: Yaşı 30dək olanlar noyabrın 30dək... Yeni Sabah

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir. Vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək “http://www.mia.gov.az” veb saytında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər. Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: – şəxsiyyət vəsiqəsi; – ali təhsil haqqında diplom; – hərbi bilet; – əmək kitabçası (olanlar üçün). Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır. Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Qanunvericilik aktları və nəzəri bilik sahələri:

Azərbaycan Respublikasının Konstitusiyası.

Dövlət və hüquq nəzəriyyəsi.

Cinayət hüququ.

Cinayət prosesi.

İnzibati hüquq.

Kriminalogiyanın əsasları.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Noyabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri