Icma.az
close
up
RU
“Din məsələsi aktuallaşanda hamının yadına düşür ki...”

“Din məsələsi aktuallaşanda hamının yadına düşür ki...”

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mən çoxdan deyirəm: Azərbaycanın dini məsələsi milli təhlükəsizlik məsələsidir. İrandan gələn fars mollasının təhlükəsini gec anladıq. 30 il Qumda yetişdirilmiş, Hüseyniyyədə yuva qurmuş şəbəkə nə istəyirdi? Din adı altında ikinci bir şər(iət) dövlət. Dövlət onu çökdürdü. Doğru etdi. İndi ikinci dalğa qardaş Türkiyədən gəlir. Diyanət gəlib 90-cı illərdə 8 məscid tikdi, Hasekidən məzun gətirib Qubaya imam qoydu. Türkiyədə imam dövlət qulluqçusudur, Atatürkdən bəri belədir. Bu, Türkiyənin qorunma mexanizmidir. Amma sən onu olduğu kimi Azərbaycana köçürəndə, Azərbaycan İslamını yox, Türkiyənin dövlət İslamını köçürürsən”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, Azərbaycan dövləti düzgün etdiki, , 2022-də qanunu dəyişdi: İmamı QMİ yox, Dövlət Komitəsi təyin edəcək:

“Türkiyənin modelini götürdük əslində. Bu da çox düz gediş idi. Amma məsələ bitmir. Din məsələsi aktuallaşanda hamının yadına düşür ki, Azərbaycanda kilsə də var.Burda Gürcüstan Patriarxına bir eyham vurmaq lazımdır.Qaxda Kürmük məbədi var. Gah deyirlər gürcü kilsəsidir, gah deyirlər alban. Gürcü Patriarxı hər il Qaxa göz dikir, "ora bizim irsimizdir" deyir. Mən buradan bir dəfə deyirəm: Sənin irsin Tiflisdədir, Qaxda yox. Onu da araşdıranda başqa şey çıxır.Qaxdakı kilsə Alban kilsəsidir. Qafqaz Albaniyası bu torpağın ən qədim xristian dövlətidir. Onun varisi Ermənistan deyil, Gürcüstan deyil, Azərbaycandır. Çünki albanların xristian irsi - Udi qardaşlarımız - bu gün Qəbələdə, Nicdə, Oğuzda yaşayır, Azərbaycana dua edir. Tiflisin və ya Eçmiadzinin arxivi ilə tarix oğurlanmır.Gürcüstanda Azərbaycan irsi nə qədərdir, bilirsinizmi? Borçalıda, Qarayazıda dağıdılmış məscidlərimiz, Tiflisdə Cümə məscidi. Biz heç vaxt demədik orası bizimdir, gəlin alaq. Çünki biz qonşuya hörmət edirik. Amma qonşu da bilməlidir ki, Qax Azərbaycan ərazisidir. Kürmük də, Nic də, Xudavəng də Azərbaycanın alban irsidir. Və son söz: Son dəfə ərazimizə göz dikən separatçının sonu nə oldu, hamı gördü. Ermənistan 30 il "Qarabağ bizim kilsəmizdir, bizim torpağımızdır" dedi. Axırı nə oldu? 44 gündə tarix dəftəri bağlandı, 2023-də nöqtə qoyuldu. İndi İrəvanda oturub o kilsələrin daşını sayırlar. Ona görə Qaxa göz dikən də bu dərsi yadından çıxarmasın. Azərbaycanın səbrini din məsələsi ilə, alban məsələsi ilə, kilsə-məscid söhbəti ilə sınamayın. Bu dövlətin bir dərsi var: İmanımız var, torpağımız da var. İkisini də özümüz qoruyuruq. Nə Tehran mollasından, nə Diyanət xütbəsindən, nə də Patriarxın xeyir-duasından icazə almırıq. Bu dövlətin ağlı düzdür. Öz dinimiz, öz irsimiz, öz torpağımız”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri