Icma.az
close
up
RU
DİN: Ötən il 32 minə yaxın cinayət qeydə alınıb, bağlı qalmış 355 cinayət açılıb

DİN: Ötən il 32 minə yaxın cinayət qeydə alınıb, bağlı qalmış 355 cinayət açılıb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31 min 852 cinayət qeydə alınıb.

APA xəbər verir ki, bu barədə DİN-də keçirilən Kollegiya iclasında deyilib.

Bildirilib ki, qeydə alınan cinayətlərdən 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb.

Xırda talamaların açılmasının nəticələri də yaxşılaşaraq 92 faizə yüksəlib.

Qeyd olunub ki, cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrası sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Prokurorluq orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayətlərin açılması təmin edilib, eləcə də keçmiş illərdən bağlı qalmış 355 cinayət açılaraq təqsirli şəxslər məsuliyyətə cəlb olunub.

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1.033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb. Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Yanvar 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see251

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see205

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see179

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see157

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see142

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri