DİN: Polis III MDB Oyunlarında fasiləsiz xidmət aparır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Gəncə, Yevlax, Şəki, Qəbələ və ölkəmizin digər bölgələrində start götürən III MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri tam təmin olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.
Tədbirlər çərçivəsində oyunların keçirildiyi məkanlara giriş-çıxışların nəzarətdə saxlanılması, azarkeşlər, qonaqlar, xidmət personalı və media nümayəndələrinin təhlükəsiz şəkildə əraziyə daxil olması, ictimai və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün məqbul şəraitin yaradılması istiqamətində zəruri tədbirlər görülür.
DİN əməkdaşları tərəfindən yüksək təhlükəsizlik şəraitində qonaqpərvərlik mühitinin təşkili davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















