DİN rəsmisi ÇAĞIRIŞ ETDİ: Yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir!
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Hər kəs düşünür ki, faciə yalnız başqalarının başına gələ bilər. Amma sükan arxasında bir saniyəlik düşüncəsizlik, qaydalara məhəl qoymamaq, sürət həddini aşmaq bəzən geridönüşü olmayan nəticələrə səbəb olur".
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinı görə, son illər yol qəzalarının böyük əksəriyyəti yüksək sürətlə bağlıdır:
"Sürücülər adrenalin və həyəcanın cazibəsinə qapılaraq, təhlükəni dəyərləndirmədən sürət həddini aşırlar. Amma unutmaq olmaz: yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir! Qəza anında saniyələr içində hər şey dəyişir. Ailə üzvləriniz, dostlarınız, sevdikləriniz sizi gözlədiyi halda, yolun ortasında qalan bir faciəyə çevrilməyin. Sürət həvəsinə yox deyin! Həyatınızı və başqalarının həyatını riskə atmayın!" - deyə R.Tağıyev bildirib.
Baxış sayı:121
Bu xəbər 18 Fevral 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















