DİN və Baş Prokurorluqdan həmin hadisə ilə bağlı birgə məlumat Video
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
Yeniavaz.com xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
“Qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq üçün odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:DİN və Baş Prokurorluqdan BİRGƏ MƏLUMAT
21 Sentyabr 2026 10:53
Baş prokurorluqdan Tovuzdakı hadisə ilə bağlı Açıqlama
16 Oktyabr 2025 20:50
Baş Prokurorluqdan ermənilərin məhkəməsi ilə bağlı MƏLUMAT
17 Yanvar 2025 13:16
Baş Prokurorluqdan Aktuadakı aviaqəza ilə bağlı Yeni məlumat
30 Dekabr 2024 12:48
Gəncədəki hadisə ilə bağlı Prokurorluqdan açıqlama
12 May 2025 18:31
Baxış sayı:74
Bu xəbər 26 Oktyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















