Icma.az
close
up
RU
Dinamik əməkdaşlıq formulu

Dinamik əməkdaşlıq formulu

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

May ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lam arasında keçirilmiş yüksək səviyyəli görüş iki ölkə arasında münasibətlərin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həm siyasi bəyanatların məzmunu, həm də imzalanan sənədlərin miqyası göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri artıq ənənəvi dostluq və diplomatik çərçivəni aşaraq strateji əməkdaşlıq və qlobal səviyyəli həmrəyliyə doğru yönəlir.

Daha dəqiqi qlobal çağırışlara ortak cavab və strateji hədəflərə doğru yeni bir yol başlayır. Azərbaycan və Vyetnam arasında mövcud olan münasibətlər tarixi dostluğa və beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” sənədi iki ölkənin qarşılıqlı etimada və suverenliyə hörmətə söykənən münasibətlərini yeni mərhələyə daşıyır. Bu sənəd təkcə rəsmi diplomatik protokol deyil, eyni zamanda iki ölkənin regional və qlobal proseslərdə birgə mövqeyini nümayiş etdirən mühüm siyasi bəyanatdır. Azərbaycan–Vyetnam münasibətlərində diqqət çəkən məqamlardan biri də beynəlxalq arenada göstərilən qarşılıqlı dəstəkdir. Vyetnamın BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində ortaq platformada çıxış etməsi, münasibətlərin sadəcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlığa da əsaslandığını göstərir. Dövlət başçısının bildirdiyi kimi, “Azərbaycan və Vyetnam beynəlxalq hüququn aliliyini, dövlətlərin ərazi bütövlüyünü müdafiə edir və bu məsələdə vahid yanaşma sərgiləyirlər”. Bu yanaşma Azərbaycanın Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına yönəlmiş siyasəti ilə Vyetnamın Cənub-Şərqi Asiyada sülhə və təhlükəsizliyə verdiyi töhfə arasında paralellik yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin potensialı hazırda mövcud olan göstəricilərdən qat-qat yüksəkdir. Neft ixracı ilə məhdudlaşan ticarət dövriyyəsi daha geniş sahələrə yayılmalıdır. Burada qarşılıqlı sərmayə təşviqi, hüquqi mühitin öyrənilməsi, gömrük və vergi sistemlərinin uyğunlaşdırılması və biznes forumların təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafına, xüsusilə sənaye, kənd təsərrüfatı, logistika və texnologiya sahələrinə böyük sərmayələr yönəldir. Bu baxımdan, Vyetnam kimi yüksək sənayeləşmə səviyyəsinə malik ölkə ilə birgə istehsal müəssisələrinin yaradılması və texnologiya mübadiləsi strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın bərpaolunan enerji sahəsində əldə etdiyi nailiyyətlər son illər qlobal diqqət mərkəzindədir. Prezident İlham Əliyev Vyetnam liderini bu istiqamətdə məlumatlandıraraq bildirdi ki, artıq 6500 meqavat gücündə yaşıl enerji layihələri icra mərhələsindədir və bu enerji ixrac üçün nəzərdə tutulur. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə Vyetnam kimi enerji tələbatı artan ölkə üçün həm təchizat, həm də texnologiya baxımından maraqlı əməkdaşlıq formatı yaradır. Eyni zamanda Azərbaycan da Cənub-Şərqi Asiyada – xüsusilə yaşıl enerji bazarında mövcud imkanları öyrənməkdə və investisiya yatırmaqda maraqlıdır. Bu qarşılıqlı yanaşma enerji diplomatiyasının növbəti mərhələsini formalaşdırır. Azərbaycanın təşəbbüsü ilə formalaşan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri artıq regionlararası iqtisadi inteqrasiyanın əsas sütunlarına çevrilib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu dəhlizlər Vyetnam üçün Asiyadan Avropaya və Orta Asiyaya çıxış nöqtəsi rolunu oynaya bilər. Xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın logistika şəbəkəsi daha da genişlənəcək. Vyetnam məhsullarının Azərbaycan üzərindən Avropaya daşınması, eyni zamanda Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarına çıxarılması üçün bu dəhlizlər qarşılıqlı faydalı imkanlar təqdim edir. Nəqliyyat və logistika sahəsində birgə müəssisələrin yaradılması, tranzit tariflərinin uyğunlaşdırılması və infrastrukturun təkmilləşdirilməsi bu əməkdaşlığı daha da dərinləşdirə bilər.
İkitərəfli münasibətlərin sosial və mənəvi əsaslarının möhkəmləndirilməsi baxımından təhsil və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təklifi ilə iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsi, birgə akademik proqramların təşkili və mədəniyyət festivallarının keçirilməsi gələcək nəsillər arasında əlaqələrin dərinləşməsinə xidmət edə bilər. Azərbaycanın ali təhsil müəssisələri Vyetnam tələbələri üçün geniş imkanlar təqdim edir və əksinə Vyetnamın qabaqcıl texniki universitetləri azərbaycanlı tələbələr üçün cazibədar təhsil mərkəzləri ola bilər. Bu sahədə əməkdaşlıq yalnız kadr potensialını artırmaqla kifayətlənmir, həm də xalqlar arasında qarşılıqlı anlayış və dostluğun gücləndirilməsinə xidmət edir. Azərbaycan və Vyetnamın müdafiə sənayesi sahəsində əməkdaşlığı yeni istiqamətlərdən biridir.
Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın mümkünlüyünü vurğulayaraq bildirib ki, hər iki ölkənin bu sahədə imkanları və təcrübəsi var. Müdafiə texnologiyalarının inkişafı, kadr hazırlığı və texniki avadanlıqların istehsalı üzrə təcrübə mübadiləsi, gələcəkdə birgə istehsal modellərinin tətbiqinə gətirib çıxara bilər. Azərbaycan və Vyetnam arasında münasibətlərin bu günkü inkişaf səviyyəsi onu deməyə əsas verir ki, bu iki ölkə qlobal çağırışlar fonunda dayanıqlı, suveren və strateji tərəfdaşlıq modelini formalaşdırır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasət Cənub-Şərqi Asiyada da yeni dostlar və tərəfdaşlar qazanmaqla nəticələnir. Azərbaycan-Vyetnam münasibətləri müasir dünyanın ehtiyaclarına uyğun strateji əməkdaşlıq, qlobal sabitlik və ədalətə dəstək, siyasi iradə və iqtisadi praqmatizmin vəhdəti üzərində qurulub. Bu model Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan üçün yeni imkanlar və qlobal nüfuzun daha da güclənməsinə zəmin yaradır.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri