Dinamo azərbaycanlı futbolçunu toplanışa aparmayacaq
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yanvarın 14-də təlim-məşq toplanışı üçün BƏƏ-yə yollanacaq Moskva "Dinamo"su Ülvi Babayevi heyətə salmayıb. Sport24.az xəbər verir ki, bu barədə "Sport-ekspress" məlumat yayıb.
Babayevin "Dinamo" ilə müqaviləsinin bitməsinə altı ay qalıb və bu, ona başqa bir klubla danışıqlaqra başlamağa imkan verir.
Dekabrın sonunda jurnalist İvan Karpov Babayevin karyerasını "Spartak"da davam etdirəcəyini bildirib.
Noyabrda isə "Dinamo"nun Direktorlar Şurasının üzvü və klubun Məsləhət Şurasının sədri Sergey Stepaşin Babayevə əzəli rəqiblərinə qoşulmamaq barədə xəbərdar edib: "Spartak yoxdur! Taşayev kimi biri var idi - o, "Spartak"a keçdi və karyerası sona çatdı! Məni başa düşdün?"
Qeyd edək ki, azərbaycanəsilli futbolçu bu mövsüm "ağ-göylər"in heyətində 15 oyunda 5 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















