Dinamo nun qapısını Bakıdakı oyunda da ukraynalı deputatın oğlu qoruyacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 avqust, AZƏRTAC
Ukraynanın “Dinamo” (Kiyev) komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununa da ciddi itki ilə çıxacaq.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, Kiyev təmsilçisinin əsas qapıçısı Ruslan Neşeret Bakıda qarşılaşmanı da buraxacaq.
“Dinamo”nun qapısını ilk matçda olduğu kimi, bu dəfə də Vyaçeslav Surkis qoruyacaq. O, komandanın ikinci qapıçısıdır.
Surkis vaxtilə “Dinamo”nun prezidenti olmuş, hazırda deputat kimi fəaliyyət göstərən Qriqori Surkisin oğludur. “Dinamo”nun hazırkı prezidenti İqor Surkis isə onun əmisidir.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















