“Dinamo” “Qarabağ” oyunlarının hakimləri bəlli oldu
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” oyunlarının hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçiriləcək ilk qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Morten Kroq olacaq. Ona laynsmenlər Steffen Bramsen və Viktor Skayt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR hakimi Yakob Kehlet, AVAR isə Yens Maae olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçına isə İngiltərədən olan hakimlər təyin olunublar.
Baş hakim Stüart Attvell olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Lyuis Smit dördüncü hakim, Peter Bankes VAR, Ceyms Bell isə AVAR funksiyasını icra edəcək.
Qeyd edək ki, Bakıda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:00-da başlayacaq.
FIFA 4 Türkiyə klubuna transfer qadağası qoydu PSJ istəyirdi, "Qalatasaray" alır: Danışıqlar başladı Mert Hakan Yandaşın cəzası azaldıldı "Ayaks" Brantı rəsmən açıqladı – 2029-cu ilədək UEFA-dan FIFA rəhbərliyinə sərt ittiham – “Etimadı itirib”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 02 Avqust 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















