“Dinamo”nun kapitanı “Qarabağ”la oyuna niyə çıxmayıb? Qalmaqal İDDİASI
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Kiyev “Dinamo”sunun kapitanı Andrey Yarmolenkonun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyununda iştirak ərizəsində yer almamasının səbəbi açıqlanıb.
İdman.Biz xəbər verir ki, ukraynalı jurnalist Andrey Piskun təcrübəli futbolçunun komanda ilə birlikdə Bakıya gəldiyini və oyuna hazır olduğunu bildirib.
İddialara görə, Yarmolenko oyundan əvvəl keçirilən taktiki toplantıda baş məşqçi İqor Kostyukun onu start heyətində meydana buraxmağı planlaşdırmadığını öyrənib. Bu qərardan narazı qalan futbolçu stadiona getməyərək oteldə qalmaq qərarına gəlib.
Qeyd edək ki, “Dinamo” ilk oyunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab görüşündə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Yarmolenko hər iki qarşılaşmada iştirak etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Avqust 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















