Icma.az
close
up
RU
Dindar Şəbnəm Tovuzlunu qınayıb: Bu, savabdan çox günah qazandırar

Dindar Şəbnəm Tovuzlunu qınayıb: Bu, savabdan çox günah qazandırar

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Şəbnəm Tovuzlunun doğulduğu Tovuz rayonunun Qovlar kəndində maddi imkanı zəif sakinlərin mağaza borclarını ödəməsi müzakirələrə səbəb olub.

Bəziləri bu cür yardımların nümayiş etdirilməsini doğru saymır, digərləri isə bunu xeyriyyəçiliyi təşviq edən və cəmiyyəti səfərbər edən müsbət addım kimi qiymətləndirir.

Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, insanlara yardım etmək, xüsusilə də təmənnasız və gizli şəkildə dəstək olmaq dində böyük savab sayılır:

“Yardımın gizli edilməsi daha üstün hesab edilsə də, bəzən onu açıq şəkildə həyata keçirmək başqalarına nümunə olmaq baxımından məqsədəuyğun ola bilər. Əhalinin maddi, sosial vəziyyəti ağırlaşdıqca imkanlı və vicdanlı şəxslərin ehtiyacı olan insanların borclarını bağlaması xeyirli əməl kimi qiymətləndirilir. Bu cür yaxşılıq böyük savab gətirən davranış hesab olunur. Lakin yardım reklam xarakteri daşıyarsa, özünü göstərmək, riyakarlıq etmək və ya ehtiyac sahibinin abrını zədələmək məqsədi güdərsə, savabdan çox günah qazandırar. Yardım elə edilməlidir ki, kasıbın qüruru tapdalanmasın, o, dilənçi kimi təqdim olunmasın”.

Dinşünas bildirib ki, dində göstəriş və riyakarlıq qəbul edilmir:

“Bununla belə, başqalarını xeyirxah əməllərə təşviq etmək məqsədilə yaxşılığın özü nümunə kimi ictimailəşdirilə bilər. Bu zaman yardım edilən şəxslərin adlarının açıqlanması və siyahıların elan olunması yolverilməz sayılır. Çünki ehtiyac sahibləri gizli saxlanmalıdır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri