Icma.az
close
up
RU
DİNdən Bolnisidə baş verənlərlə bağlı növbəti açıqlama

DİNdən Bolnisidə baş verənlərlə bağlı növbəti açıqlama

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Marneuli-Bolnisi mərkəzi yolunda 2 azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra yerli əhali hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib.

“Cebheinfo.az” Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

"İctimaiyyətə Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı - red.) kəndində baş verən hadisələrlə bağlı əlavə məlumat təqdim etmək istəyirik" - qeyd olunan açıqlamada deyilir:

"Mərkəzi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki azyaşlı dünyasını dəyişib. Bu hadisədən sonra yerli əhali hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib. Qarşıdurma həm toplaşan vətəndaşlar arasında, həm də ictimai asayişi qorumaq məqsədilə ərazidə olan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə vətəndaşlar arasında baş verib.

Toplaşan şəxslər hadisəyə qarışan nəqliyyat vasitəsini, eləcə də təcili tibbi yardım briqadasının avtomobilini aşırıblar. Bundan əlavə, onlar ərazidə olan digər vətəndaşların avtomobillərinə zərər yetirib və onların şüşələrini sındırıblar.

Toplaşan şəxslər yol-nəqliyyat hadisəsində iştirak edən avtomobilin sərnişinlərinin hərəkət etməsinə mane olub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına istintaq hərəkətlərini həyata keçirməkdə maneələr yaradıb və təcili tibbi yardım həkimlərinin işinə imkan verməyiblər.

Vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin patrul, kriminal və xüsusi tapşırıqlar üzrə departamentlərinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb və səkkiz mülki şəxs yaralanıb. Yaralananlara tibbi yardım göstərilib, onların bir qismi hələ də xəstəxanalarda qalır.

Polis əməkdaşları hadisə yerində vəziyyəti nəzarətdə saxlamaq üçün bütün gecə ərzində ərazidə qalıblar.

Hüquq-mühafizə orqanları hadisədən sonra ərazidən uzaqlaşan və yol-nəqliyyat hadisəsində iştirak edən sürücünü saxlayıb.

Əmlaka ziyan vurma, polis əməkdaşlarına qarşı müqavimət və zorakılıq faktları ilə bağlı Cinayət Məcəlləsinin 187-ci, 126-cı və 353-cü prim maddələri üzrə istintaq aparılır".

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri