“Dini inancı hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan dünyəvi dövlətdir. Vahid məktəbli formasının məqsədi sinifdə uşaqlar arasında fərqliliyin görünməməsi və hər bir şagirdin bərabər olmasıdır. Qaydalar hamıya eyni şəkildə tətbiq olunmalıdır. Məsələ dinə münasibət deyil, məktəbin neytral təhsil məkanı olmasıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat vurğulayıb ki, dini inancların sərbəst yaşanması məktəbdən kənarda, ailədə və ibadət məkanlarında mümkündür:
"Dini inancı hər kəs məktəbdən kənarda, ailədə və məbəddə sərbəst yaşayır. Məsələnin həllində hər kəs öz töhfəsini verməlidir. Valideynlər məktəbin qaydalarına əməl etməli və övladlarına bu qaydaların mahiyyətini izah etməlidirlər. Müəllimlər öz nümunələri ilə şagirdlərə yol göstərməlidirlər. Məktəb rəhbərliyi isə qaydaları izah edərək, hamıya eyni şəkildə tətbiq etməlidir. Cəmiyyət də sosial şəbəkələrdə yayılan şayiələrə inanmamalı, məlumatları rəsmi mənbələrdən götürməlidir.
Nəticədə məktəbdə vahid qayda yalnız nizam-intizam məsələsi deyil. Bu, təhsilli, birlik və həmrəylik ruhunda böyüyən, ideoloji təxribatlara qarşı güclü immuniteti olan nəsil yetişdirməyin bir yoludur”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Oktyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















