Icma.az
close
up
RU
Dini Komitənin sədri Naxçıvanda məscidləri ziyarət edib

Dini Komitənin sədri Naxçıvanda məscidləri ziyarət edib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda Heydər Məscidi Kompleksini, Came, Sarvanlar və Kazım Qarabəkir Paşa məscidlərini ziyarət edib. SİA xəbər verir ki, Ramin Məmmədov Azərbaycanın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunması, dini ibadət yerləri və maddi-mədəniyyət abidələrin bərpasının daim diqqətdə saxlanıldığını vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda İslam dəyərləri çox möhkəm təməllər üzərində qurulmuş milli dəyərlərin tərkib hissəsidir:

"Bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində də tədbirlər davam etdirilir. Ölkəmizdə təkcə məscidlərə deyil, digər dinlərə aid ibadət evlərinə də qayğı ilə yanaşılır, onların qorunub saxlanılmasına və təmir-bərpa edilməsinə xüsusi diqqət yetirilir".

R.Məmmədov dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, tolerantlıq ənənələrindən danışıb:

"Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətimizin gündəlik həyat tərzinə çevrilmiş multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət tərəfindən müxtəlif icmaların nümayəndələrinə diqqət və qayğı göstərilir, hər il konfessiyaların fəaliyyətini dəstəkləmək, cəmiyyətdə etnik-dini müxtəlifliyi qorumaq və multikultural dəyərləri daha da inkişaf etdirmək məqsədilə dini qurumlara maliyyə yardımı ayrılır".

İbadət yerlərində fəaliyyət göstərən din xadimləri milli-mənəvi dəyərlərin, vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see311

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see185

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see140

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see137

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see132

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see125

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri