Icma.az
close
up
RU
Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başladı

Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başladı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti noyabrın 6-da işini plenar iclasla davam etdirir.

Gununsesi.info xəbər verir ki, tədbirin sonunda COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi – Bakı Bəyannaməsi və Dünya dini liderlərinin COP29 Bakı iştirakçılarına müraciəti qəbul ediləcək. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayacaqlar.

Daha sonra mətbuat konfransı ilə ikigünlük Sammit yekunlaşacaq.

Qeyd edək ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları – patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.

Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin – iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq dünya dini liderlərinin müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri, bu işin davamlı koordinasiyası üçün platforma – dini liderlərin COP çərçivəsində Məşvərətçi Şura təsis etmək məramlarını məhz Bakıda və Azərbaycanın COP-da sədrliyi dövründə bəyan etmələri, heç şübhəsiz ki, Azərbaycan Respublikası adına növbəti beynəlxalq uğurdur.

Sammit müasir dünyada Azərbaycanın multikultural həyat modelinin, Azərbaycan Prezidentinin müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesinin və insan həmrəyliyinə xidmət edən qlobal humanist ideyalarının təşviqi və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Xüsusilə Böyük Zəfərdən sonra ölkəmizdə ilk dəfə keçiriləcək COP29 Sammiti ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni reallıqlarını, işğaldan azad olunmuş topraqlarımızda ekosid, urbisid və kultursidin bütün təzahürlərini dünyanın dini ictimaiyyətinə əyani şəkildə nümayiş etdirmək, Azərbaycana qarşı əsassız, məkrli qarayaxmalara, böhtan kampaniyalarına tutarlı cavab vermək baxımından önəm daşıyan tarixi hadisədir. Bu məramla, forum sonrası qlobal Sammit iştirakçılarının noyabrın 7-də işğaldan azad olunmuş ərazilərə səfər etməsi və reallıqlarla bilavasitə tanış olmaları planlaşdırılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see512

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see282

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see282

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see272

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see269

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see263

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see252

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see250

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see244

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see243

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see242

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see235

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see228

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see227

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see225

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see225

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see206

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see205

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see198

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri