Icma.az
close
up
RU
Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident,

Biz, Zati-alilərinizin ali təşəbbüs və himayəsi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində "Dünya Dinləri Yaşıl Planet uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Zati-alilərinizə səmimi salamlarımızı və xeyir-dualarımızı yetirməkdən şərəf duyuruq.

Azərbaycan Respublikasının dövlət başçısının Dini Liderlərin Qlobal Sammitinə himayədarlıq etməsi və özəl diqqəti tədbirimizə verilən ən böyük dəyərdir. COP29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Zati-aliləriniz tərəfindən Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Zati-aliləri! Dini liderlər olaraq biz, Azərbaycanda keçirilən COP29 Sammitinin dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacağına ümid edirik. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. Hərbi cinayətlərə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.

Müdrik dövlətçilik təfəkkürü ilə Siz işğaldan azad olunmuş torpaqlarda məscid və məbədləri, müxtəlif dinlərə məxsus mədəni-mənəvi irs abidələrini xüsusi qayğı ilə bərpa etməklə Uca Yaradanın nəzərində və dindarların qəlblərində ucalırsınız. Hazırda genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin yenidən inşa olunması, ən müasir infrastruktur layihələrinin həyata keçirilməsi Zati-alilərinizin və Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban Əliyevanın mənəvi dirçəlişə və əmin gələcəyə imza atması deməkdir. Allah Evlərinə yeni həyat verən Zati-alilərinizə və dəyərli ailənizə Uca Yaradandan xeyir-dualar diləyirik!

Möhtərəm cənab Prezident! Zati-alilərinizin insan qardaşlığı yönündə, irqi və dini dözümsüzlük, ksenofobiya hallarına qarşı qətiyyətli mövqeyini ürəkdən dəstəkləyirik. Sizin siyasi iradəniz sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli mütəmadi tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanıdır. Cənabınızın sivilizasiyalararası əməkdaşlıq müstəvisinə dövlət səviyyəsində dəstək və xeyir-dua verməsi bizi davamlı fəaliyyətlərə ruhlandırır.

Zati-aliləri! Dünya miqyasında dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesinə dəyərli əməli töhfələrinizə, Dini Liderlərin Qlobal Sammitinə ali himayənizə görə dərin minnətdarlığımızı ifadə etməkdən şərəf duyur, bəşəri əhəmiyyətli fəaliyyətinizə görə ən xoş diləklərimizi qəbul etməyinizi rica edirik. Biz əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaqdır. Ulu Rəbbimizdən Zati-alilərinizin səy və əməllərinə rəvac verməsini diləyirik. Amin!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri