Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollegiyasının tərkibi dəyişib.
Missiya.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfər müəyyənləşdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri olub.
Kollegiyanın üzvləri sırasında Dövlət Komitəsi sədrinin birinci müavini, DQİDK sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru, qurumun Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Aparatın Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri, Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















